Əmtəə-nəqliyyat qaiməsi avtomobil nəqliyyatı ilə əmtəə təyinatlı yüklərin ölkədaxili daşınması zamanı rəsmiləşdirilən sənəddir. Bu sənəd yükgöndərənlə daşıyıcı arasında müqaviləni, daşıyıcı tərəfindən yükün daşınmaya qəbul olunmasını, yükalan tərəfindən yükün qəbul edilməsini təsdiq edir. Əmtəə-nəqliyyat qaiməsində yükalanın ünvanı, yükün çatdırılma yeri, miqdarı, qabı, tərkibi və brutto çəkisi, göndərilmə vaxtı, avtonəqliyyat vasitəsinin növü və digər məlumatlar qeyd olunur.
Xidmətdən istifadə etmək üçün https://e-xidmet. ayna. gov. az/ portalına daxil olaraq, elektron əmtəə-nəqliyyat qaiməsi bölməsini seçmək lazımdır.
Əmtəə təyinatlı yüklərin elektron əmtəə-nəqliyyat qaiməsi (e-qaimə) ilə rəsmiləşdirilmədən daşınması İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyət yaradır və bu qaydaların pozulmasına görə qırx (40) manat məbləğində cərimə nəzərdə tutulub.