• 11/24/2026 12:00:00 AM
  • İşə Qəbul

VAKANSİYA: SMM TƏCRÜBƏÇİSİ (YARIM ŞTAT)

Şirkət haqqında Consulting Group — vergi, audit, maliyyə, hüquqi məsləhət, biznes proseslərinin təkmilləşdirilməsi və sertifikatlaşdırma sahələrində ixtisaslaşmış məsləhətçi şirkətlərdən biridir. Biz yerli və beynəlxalq müştərilərimizə peşəkar xidmət göstəririk. Əsas vəzifələr: 🔹 Şirkətin sosial media hesablarının (Instagram, Facebook, LinkedIn və s.) idarə olunmasına dəstək göstərmək; 🔹 Aylıq kontent planının hazırlanmasında iştirak etmək; 🔹 Sosial media platformaları üçün mətn və vizual kontentlərin hazırlanmasına kömək etmək; 🔹 Reels və digər qısa video kontentlərin hazırlanması və montajında iştirak etmək; 🔹 Sosial media trendlərini izləmək və yeni kontent ideyaları təklif etmək; 🔹 Paylaşımların nəticələrini izləmək və statistik göstəricilərin təhlilinə dəstək olmaq; Namizədə tələblər: ✅ SMM və rəqəmsal marketinq sahəsinə maraq və inkişaf etmək istəyi; ✅ Instagram, Facebook və LinkedIn platformaları haqqında ilkin biliklər; ✅ Azərbaycan dilində düzgün və səlis yazı bacarığı; ✅ Kreativ düşüncə və yeni ideyalar irəli sürmək qabiliyyəti; ✅ Sosial media trendlərini izləmək və tətbiq etməyə maraq; ✅ Məsuliyyətlilik, diqqətlilik və tapşırıqları vaxtında yerinə yetirmək bacarığı; ✅ Komanda ilə işləmək və öyrənməyə açıq olmaq. Qeyd: Müvafiq sahədə təcrübə üstünlükdür, lakin mütləq tələb deyil. SMM sahəsində inkişaf etmək istəyən və ilkin biliklərə sahib namizədlərin müraciətləri dəyərləndiriləcək. İş şəraiti: 📌 İş qrafiki: Yarım ştat 💰 Əmək haqqı: 200 azn Müraciət qaydası: Mövzu hissəsində “SMM təcrübəçisi” qeyd etməklə CV-nizi və varsa portfolio nümunələrinizi office@consultinggroup.az e-mail ünvanına göndərə bilərsiniz. Son müraciət tarixi: 10.12.2026

Son Elanlar

Bizə abunə olun